Çempionlar Liqasının qalibi Londonu tərk edir İdman

Çempionlar Liqasının qalibi Londonu tərk edir

Braziliyalı müdafiəçi Tyaqo Silva mövsümün sonunda “Çelsi”ni tərk edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər yaxın günlərdə rəsmi açılqama verəcəklər.

Yanvarda Silva “Çelsi”nin yeni təklifini qəbul etməyib. Tyaqo Braziliyaya dönmək arzusunda olduğunu bildirib. Onun “Fluminense”yə keçəcəyi gözlənilir.
Qeyd edək ki, 39 yaşlı müdafiəçi 2020-ci ildən London klubunda çıxış edir. O, 2021-ci ildə “Çelsi”nin heyətində Çempionlar Liqası kubokunu qazanıb.