Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev İdman

Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev

Avropa çempionatına çox güclü şəkildə hazırlaşmışam.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Murad Fətiyev (90 kq) deyib.

O, Zaqrebdə bu gün start götürən Avropa çempionatı öncəsi iddialı danışıb: “Hiss edirəm ki, bu dəfə qızıl medalla qayıdacam. Təbii ki, rəqiblərim güclüdür. Amma özümü onlardan da güclü hesab edirəm. Əlimdən gələni edəcəm ki, medalsız qalmayım. Əsas məqsədim burada bütün gücümü ortaya qoyub qalib olmaqdır. Bunun üçündə hər şey edəcəm. Qarşıdakı əsas hədəfim Avropa, dünya çempionatlarında yaxşı çıxış edərək, Olimpiya Oyunlarına yollanmaqdır”.
Qeyd edək ki, Fətiyev aprelin 27-də başa çatacaq Avropa çempionatında tatamiyə sabah çıxacaq. O, ilk görüşündə Yamal Petqrave (Böyük Britaniya) ilə üz-üzə gələcək.