“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir”
5 Dekabr 22:04
5 Dekabr 22:04
5 Dekabr 21:38
5 Dekabr 15:47
26 Noyabr 2024 17:33
4 396
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” Liqa mərhələsinin 5-ci turunda Bakıda “Lion”la (Fransa) qarşılaşacaq.
Xalqcebhesi.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl qarşılaşma ərəfəsində klubu saytına açıqlama verib.
O bildirib ki, "Qarabağ" meydana növbəti qələbəni qazanmaq üçün çıxacaq:
“Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq".
Klub rəhbəri hədəfin növbəti mərhələyə yüksəlmək olduğunu vuruğulayıb:
"Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.
5 Dekabr 17:54
931
5 Dekabr 17:06
973
5 Dekabr 15:17
1 022