“20 Yanvar xalqımız üçün eyni zamanda böyük qəhrəmanlıq günü idi” – Qüdrət Həsənquliyev
Britaniyalı mütəxəssis Azərbaycanın 8 giqavat enerji əldə etmək öhdəliyindən təsirlənib
Dövlət Bağçalı: Sovet İttifaqının qanlı müdaxiləsi Azərbaycanın istiqlal yürüşünü əngəlləyə bilmədi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - FOTO
5 Dekabr 2024 12:49
4 123
Super Liqa təmsilçilərindən "Qalatasaray"da 14 illik Fernando Muslera dövrü başa çatmaq üzrədir.
Apasport.az "Sözcü"yə istinadla xəbər verir ki, “Qalatasaray” ara transfer dövründə Altay Bayındırı transfer haqqı ilə heyətinə qatmaq üçün “Mançester Yunayted”lə danışıqlara başlayıb.
Xəbərdə Altay Bayındırın İngiltərə nəhəngində əvəzedici olmaqdan bezdiyi, matçlarda aktiv çıxış etmək istədiyi və Super Liqaya qayıtmaq arzusunda olduğu bildirilib.
Qolkiperin transferi "Fənərbaxça"nı yaxından maraqlandırır.
Belə ki, "Fənərbaxça" Türkiyə millisinin qapıçısının növbəti satışından 20% pay alacaq. Bundan başqa, Bayındırın transfer qiyməti 10 milyon avronu keçərsə, "sarı-göylülər"in 1 milyon avro əlavə pay alacaq.
Altay 4 il forma geyindiyi "Fənərbaxça" ilə 145 oyun keçirib. O, 2023-cü ilin sentyabr ayında "Mançester Yunayted"ə transfer olunub. 26 yaşlı qolkiper bu müddət ərzində yeni komandası ilə cəmi 3 matça çıxıb.
19 Yanvar 13:56
1 267
16 Yanvar 20:36
2 569
16 Yanvar 18:03
2 597