“Bu addım səhiyyə sahəsində çatışmazlıqları azaldacaq”
3 Sentyabr 18:52
3 Sentyabr 18:52
3 Sentyabr 17:23
3 Sentyabr 15:05
8 Dekabr 2024 20:38
5 936
Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.
Xalqcebhesi.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.
3 Sentyabr 18:49
805
3 Sentyabr 14:25
931
2 Sentyabr 16:34
1 365