9 Sentyabr 23:45
9 Sentyabr 23:12
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur
17 Dekabr 2024 15:12
6 083
“Çelsi”nin və Ukrayna millisinin futbolçusu dopinq testi müsbət çıxan futbolçusu Mixail Mudrik bir müddət "Çelsi" ilə matçlara çıxmayacaq.
Apasport.az xəbər verir ki, dopinq testinin müsbət çıxdığı barədə futbolçuya xəbərdarlıq edildikdən sonra müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.
23 yaşlı futbolçu özü də bu barədə açıqlama verib: "Təqdim etdiyim nümunədə qadağan olunmuş maddə tapıldığını qəbul edirəm. Bu mənim üçün şok oldu, çünki mən heç vaxt bilərəkdən qadağan olunmuş maddədən istifadə etməmişəm. Heç bir qayda pozmamışam. Bunun necə baş verdiyini anlamaq üçün komandamla birlikdə araşdırma aparacağıq. Bilirəm ki, heç bir səhv etməmişəm və ümid edirəm ki, ən qısa zamanda meydana qayıdacağam".
Qeyd edək ki, Mudrikdən növbəti test götürüləcək. Yenidən pozitiv nəticə olsa, oyunçu uzun müddətlik diskvalifikasiya olunacaq. Ukrayna millisinin üzvünün 4 illik cəza alacağı gözlənilir.
***
11.18
Londonun “Çelsi” klubunun və Ukrayna millisinin futbolçusu Mixail Mudrikin dopinq testi müsbət çıxıb.
Apasport.az xəbər verir ki, onun qanında qadağan olunmuş maddə aşkarlanıb.
Mudrikdən növbəti test götürüləcək. Yenidən pozitiv nəticə olsa, oyunçu uzun müddətlik diskvalifikasiya olunacaq. Ukrayna millisinin üzvünün 4 illik cəza alacağı gözlənilir.
Ukraynalı futbolçu 2023-cü ilin yanvarından 70 milyon avro qarşılığında “Çelsi”yə keçib.
23 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
9 Sentyabr 17:47
910
8 Sentyabr 14:26
1 309
3 Sentyabr 18:49
2 856