Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
19 İyul 22:19
19 İyul 22:19
19 İyul 18:38
7 Aprel 2025 19:13
5 439
Azərbaycan Braziliya Ciu citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə “Ümumrespublika seminarı” keçirilmişdir.
Seminarda açılış sözü ilə çıxış edən İctimai Birliyin təsisçisi və Braziliya ciu citsu döyüş sənətinin Azərbaycanda banisi ustad Taleh Həsənov bu idman növünün vacib məqamları barədə məlumat verərək idmançılara uğurlar arzulayıb.
Daha sonra İctimai Birliyin prezidenti Aqil Acalov çıxışında mütamadi təşkil olunan seminarların əhəmiyyətindən və bu idman növünün Azərbaycanda inkişaf perspektivləri haqqında danışıb.
İctimai Birliyin sədri Fuad Kərimov öz növbəsində idmançılara tövsiyələrini vermiş və onlara daha yüksək nailiyyətlər arzulamışdır.
İctimai Birliyin sədr müavini Anar Səfərov da çıxışında idmançılara uğurlar arzulamış və seminarların hər zaman olduğu kimi bu il də silsilə şəkildə davam edəcəyini bildirmişdir.
Yığma komandanın baş məşqçisi Əkbər Hadıyev də öz növbəsində idmançılara öz peşəkar tövsiyələrini vermiş və seminara start vermişdir.
Seminarda İctimai Birliyin klub və filiallarından olan idmançılar iştirak etmişlər. Seminar uğurla baş tutmuş və idmançılar göstərdikləri nəticələrə görə kəmərlə dərəcələndirilmişdirlər.
19 İyul 21:44
805
19 İyul 21:40
833
19 İyul 19:25
854