Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
2 May 2025 16:57
4 858
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubundakı gələcəyindən danışıb.
Xalqcebhesi.az xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"dən ayrılacağı vaxtı açıqlayıb:
"İnsanların məni istədikləri kimi xatırlamalarını arzulayıram. "Siti" ilə müqaviləm bitəndə gedəcəyəm, əminəm. Təqaüdə çıxıb-çıxmayacağımı bilmirəm, amma fasilə verəcəm.
Bütün məşqçilər qələbə qazanmaq və yaddaqalan bir iş görmək istəyir, amma inanıram ki, “Barselona”, “Bayern” və “Siti” azarkeşləri komandalarımın oyununu izləməkdən həzz aldılar. Düşünürəm ki, heç vaxt həyatımızı necə xatırlanıb-xatırlanmayacağımızı düşünərək yaşamalı deyilik. Biz öləndə ailələrimiz iki-üç gün ağlayır, sonra bitdi, səni unudurlar. Məşqçi karyerasında yaxşı və pis məqamlar olur, amma əsas odur ki, yaxşılar daha uzun müddət yadda qalsın".
Qeyd edək ki, Qvardiola 9 ildir "Siti"ni çalışdır. O, noyabrda klub ilə müddəti 2027-ci ilə qədər olan yeni müqavilə imzalayıb.
11 Sentyabr 22:33
735
11 Sentyabr 20:20
938
11 Sentyabr 19:19
896