4 İyul 2025 14:04
4 795
Əfsanəvi basketbolçu Lebron Ceyms ABŞ-nin "Los Anceles Leykers" klubundan ayrıla bilər.
"Report" xəbər verir ki, bu barədə Milli Basketbol Assosiasiyasının (NBA) insayderi Brayan Uindhorst məlumat yayıb.
O, buna əmin olduğunu bildirib.
İnsayderin sözlərinə görə, bu, 40 yaşlı oyunçunun karyerasını başa vurması və ya başqa məsələ ilə bağlıdır.
Qeyd edək ki, Lebron Ceyms 2018-ci ildən "Los Anceles Leykers"də çıxış edir. O, ABŞ millisi ilə üç dəfə Yay Olimpiya Oyunlarının qalibi olub.
10 Sentyabr 21:12
819
10 Sentyabr 19:16
910
9 Sentyabr 17:47
1 190