UEFA Avropa Liqası: "Sabah" Sloveniya klubuna məğlub olub - YENİLƏNİB-6 İdman

UEFA Avropa Liqası: "Sabah" Sloveniya klubuna məğlub olub - YENİLƏNİB-6

"Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Sele"yə məğlub olub.

"Report" xəbər verir ki, görüş 2:3 hesabı ilə başa çatıb.

"Sele"dən Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) fərqləniblər. Bakı klubundan isə Pavol Şafranko iki qol (3 və 18-p.) müəllifi olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.

21:15

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, "Sele"dən Franko Kovaçeviç dubla imza atıb. O, 48-ci dəqiqədə fərqlənib - 2:2.

Kovaçeviç daha əvvəl 7-ci dəqiqədə fərqlənib.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-p.) imza atıb.

Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

20:51

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, fasilədən sonra "Sabah" hesabda öndədir - 2:1.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-p.) imza atıb. Sloveniya təmsilçisindən isə Franko Kovaçeviç (7) fərqlənib.

Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

20:51

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, "Sabah" fasiləyə üstün yollanıb - 2:1.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-p.) imza atıb. Sloveniya təmsilçisindən isə Franko Kovaçeviç (7) fərqlənib.

Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

20:28

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sele" ilə matçında "Sabah" hesabda önə keçib.

"Report" xəbər verir ki, Pavol Şafranko dubla imza atıb.

Futbolçu 18-ci dəqiqədə penaltidən fərqlənib.

P.Şafranko 3-cü dəqiqədə hesabı açıb. Sloveniya klubundan isə Franko Kovaçeviç (7) fərqlənib.

Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

20:19

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçında hesab bərabərdir.

"Report" xəbər verir ki, "Sabah"dan Pavol Şafranko (3), Sloveniya klubundan isə Franko Kovaçeviç (7) fərqlənib.

Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

20:07

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçında hesab açılıb.

"Report" xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçın 3-cü dəqiqəsində Pavol Şafranko fərqlənib.

Görüşü qazaxıstanlı referi Daniyar Saxi idarə edir.

20:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçına start verilib.

"Report" xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Görüşü qazaxıstanlı referi Daniyar Saxi idarə edir.