3 Oktyabr 17:04
3 Oktyabr 13:42
29 Avqust 2025 22:49
5 488
Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, “Neftçi” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib.
Görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Turan Tovuz”un qolunu 6-cı dəqiqədə Roberto Olabe vurub.
“Ağ-qaralar” matçın 56-cı dəqiqəsində İqor Ribeyronun qırmızı vərəqə alması ilə azlıqda qalıb.
Bununla da Kurban Berdıyevin komandası xallarının sayını 6-ya çatdıraraq 2-ci pilləyə yüksəlib. Samir Abasovun rəhbərlik etdiyi kollektiv 2 xalla 8-cidir.
Qeyd edək ki, tura avqustun 31-də yekun vurulacaq.
3 Oktyabr 10:20
1 015
2 Oktyabr 18:38
1 211
2 Oktyabr 15:20
1 239