19 Sentyabr 2025 17:54
3 640
Misli Premyer Liqasında V turun açılış oyununda "İmişli" səfərdə "Karvan-Yevlax"la qarşılaşıb.
"Report"un məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.
Qolları Dioqo Almeyda (12), Edvin Banquera (15), Azər Salahlı (80) vurublar.
"İmişli" qələbə sayəsində xallarını 7-yə çatdırıb. "Karvan-Yevlax"ın isə 4 xalı var.
Qeyd edək ki, günün növbəti matçı saat 18:30-da, "Zirə" və "Şamaxı" komandaları arasında keçiriləcək.
10 Sentyabr 21:12
840
10 Sentyabr 19:16
931
9 Sentyabr 17:47
1 204