FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
Tramp Si Cinpinin sentyabrın sonlarında ABŞ-yə səfər edəcəyini açıqladı
22 Oktyabr 2025 15:58
3 955
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qazandığı qızıl medalı Müzəffər Azərbaycan ordusuna və şəhidlərə həsr edib.
Bunu"Report"a açıqlamasında idmançı özü deyib.
O, mundiala qızıl medal qazanmaq üçün qatıldığını bildirib:
"Məşq proseslərində yarışa ciddi hazırlaşırdım. Şükürlər olsun ki, əziyyətimin bəhrəsini gördüm. Azərbaycan Himnini səsləndirdiyimə və bayrağımızı ucalara qaldırdığıma görə çox sevinirəm. Bu, mənim 23 yaşadək güləşçilər arasında son yarışım idi. Bağlanışı çox gözəl etdim. İnşallah, uğurlarımın davamını böyüklər arasında yarışlarda da gətirəcəyəm. Məni qələbəyə səsləyən hər kəsə təşəkkürümü bildirirəm. Qələbəmi müzəffər Azərbaycan ordusuna və şəhidlərmizə həsr edirəm".
Qeyd edək ki, Ziya Babaşov mundialın final görüşündə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gəlib.