Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
3 Noyabr 2025 17:39
4 004
Dünya çempionatına seçmə xarakter daşıyan oyunda nəticənin Azərbaycan millisinin xeyrinə olmaması yığma üzvlərinin şansları düzgün dəyərləndirməməsi ilə bağlıdır.
Bu barədə "Report"a komandanın üzvü Günay Məmmədzadə açıqlama verib.
25 yaşlı qrossmeyster Özbəkistana uduzduqları qarşılaşma haqqında danışıb.
"İlk növbədə Azərbaycan şahmatına göstərdiyiniz diqqətə görə sizə təşəkkür edirəm. Xüsusilə qadın şahmatının ölkəmizdə təşviqini olduqca vacib sayıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, analıq məzuniyyəti səbəbindən bir müddət peşəkar şahmatdan uzaqlaşmışdım. Təəssüf ki, bu səbəbdən Avropa çempionatı zamanı da millimizin tərkibində iştirak edə bilmədim. Buna baxmayaq, məzuniyyət dövründə formamı itirməmək üçün məşqlərimi və onlayn oyunlarımı davam edirdim".
G.Məmmədzadə bu rəqiblə bütün görüşlərin gərgin mübarizə şəraitində keçdiyini söyləyib:
"Bu qarşılaşma həmçinin mənim üçün uzun fasilədən sonra böyük turnirlərə hazırlıq xarakteri daşıyırdı. İlk üç oyunuma diqqət yetirsək, qələbə vəziyyətlərinin olduğunu görərik. Ancaq təəssüf ki, praktikamda yaranan fasilə uduş vəziyyətlərini qələbəyə çatdırmağıma mane olurdu. Bu turnirdə də formamı bərpa etmək, boşluqları dəyərləndirmək üçün bir şans oldu. Ümumilikdə millimizin oyunlarını da pis dəyərləndirmirəm. Nəticənin bizim xeyrimizə olmaması şansları düzgün dəyərləndirə bilməməyimizlə bağlı idi. Xüsusilə ümumi vəziyyəti bərabərləşdirmək üçün sonuncu matçda qələbəyə çox yaxın idik. Ancaq təəssüf ki, idmanda hər dəfə şans üzünə gülmür. Bu dəfə şans Özbəkistanın tərəfində oldu, onları bir daha təbrik edirəm. Bu cür nəticələr bizi ruhdan salmır, əksinə, əlavə motivasiya verir. Ümid edirəm ki, gələn il Özbəkistanda keçiriləcək olimpiadada ən yaxşı oyunumuzu göstərəcəyik".
Qeyd edək ki, Özbəkistan seçməsi Azərbaycan millisini yekunda 8,5:7,5 hesabı ilə məğlub edib.
25 Sentyabr 15:27
686
25 Sentyabr 10:24
777
24 Sentyabr 16:18
1 057