Mirzoyan: Türkiyə ilə sərhədin açılması regionun arxitekturasını əhəmiyyətli şəkildə dəyişə bilər
İrlandiya Ukraynaya əlavə 125 milyon avro məbləğində vəsait ayıracaq
"Kəpəz" klubu əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib
İsveç Ukraynaya qış mövsümü üçün 100 milyon dollar yardım ayrır
Kurban Berdıyev: "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara imkan yaratdım"
18:13
427
"Kəpəz" klubu əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib.
"Report" xəbər verir ki, tədbirdə Gəncə kollektivinin infrastruktur rəhbəri Ruslan Məmmədov, menecer Səbinə Hənifəyeva, təşkilati işlər üzrə menecer Emin Qaraxanov, baş məşqçi Azər Bağırov, köməkçiləri, futbolçular və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə filialının şagirdləri iştirak ediblər.
Akademiyanın qonaqları əvvəlcə komandanın məşqini izləyib, futbolçularla görüşüb, şəkil çəkdiriblər.
Daha sonra uşaqlarla əyləncəli görüş keçirilib. Burada şagirdlər bacarıqlarını nümayiş etdirib, şeir deyib, mahnı oxuyublar. Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Klub tərəfindən gələcəkdə daha fəal tədbirlər, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün futbol oyunları və məşqlər təşkil etmək planlaşdırılır. İnfrastrukturun yaxşılaşdırılması - klub stadionunun və digər obyektlərin fiziki məhdudiyyəti olan şəxslər üçün daha əlçatan olması üçün müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Əlilliyi olan şəxslərin idmana inteqrasiyası üçün müxtəlif sosial proqramların həyata keçirilməsi planlaşdırılır.