Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
19 Mart 16:36
8 106
İspaniyanın "Real Madrid" klubunun qapıçısı Tibo Kurtua zədə səbəbindən təxminən 1,5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı qolkiper UEFA Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab oyunu (2:1) öncəsi isinmə hərəkətləri zamanı ağrı hiss edib. Həkim müayinəsindən sonra o, meydana çıxmaq qərarı versə də, fasilədə Andrey Luninlə əvəzlənib.
Aparılan tibbi müayinələr nəticəsində Kurtuanın sağ ayağının əzələsində yırtıq aşkarlanıb. Bu zədə səbəbindən onun La Liqanın 29-cu turunda "Atletiko Madrid"ə qarşı keçiriləcək derbidə iştirakı qeyri-mümkündür.
Hazırda həkimlər zədənin dərəcəsini dəqiqləşdirirlər. Əgər yırtıq ciddi olarsa, təcrübəli qapıçı aprelin 7-si və 14-də Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Bavariya"ya qarşı keçiriləcək vacib oyunlarda da komandasına kömək edə bilməyəcək.
14 Oktyabr 12:15
1 862
14 Oktyabr 12:14
1 897
13 Oktyabr 16:58
2 226