13:50
581
Almaniya millisinin hücumçusu Karim Adeyemi gələn həftə tibbi müayinədən keçəcək və İspaniyanın "Barselona" klubu ilə müqavilə imzalayacaq.
Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, futbolçu artıq Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Fliklə görüş keçirib. Transferin dəyəri 22 milyon avro, bonuslarla birlikdə isə əlavə 7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 24 yaşlı Adeyemi 2022-ci ildən Almaniyanın Dortmund "Borussiya"sında çıxış edir. O, klubun heyətində ümumilikdə 146 oyuna çıxıb, 36 qol vurub və 25 məhsuldar ötürmə verib.
Hücumçu daha əvvəl Avstriyanın "Zaltsburq" klubunda çıxış edib. O, bu komanda ilə üç dəfə Avstriya çempionu və üç dəfə ölkə kubokunun qalibi olub.
Adeyemi Almaniya millisinin heyətində 11 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
12:46
686
10 İyul 18:36
1 246
10 İyul 17:34
1 141