İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:37
595
Belçika millisinin və “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne 2026-cı il dünya çempionatının 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra yığmadakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
“Sporza” xəbər verir ki, 35 yaşlı futbolçu hələlik milli komanda ilə vidalaşmaq niyyətində olmadığını bildirib.
“Arxada mənim üçün çox ağır keçən iki-üç il qalıb. Ciddi əməliyyat keçirmişəm. Artıq 35 yaşım var. Burada olduğum üçün qürur duyuram. Hər gün əlimdən gələni edirəm və bu gənc komanda üçün nümunə ola bilirəm.
Bu, millidə son oyunum idi? Düşünmürəm. Amma indi mənə bir az dincəlməyə icazə verin. İl çox gərgin keçdi, bundan sonrasını isə zaman göstərəcək”, – deyə De Bruyne açıqlamasında bildirib.
Qeyd edək ki, Kevin De Bruyne 2010-cu ildən Belçika millisinin şərəfini qoruyur.