Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
13 İyul 22:44
847
Dünya çempionatı tarixinin unudulmaz finallarından birinin üzərindən 12 il ötür.
2014-cü il iyulun 13-də Braziliyanın “Marakana” stadionunda Almaniya və Argentina yığmaları finalda üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qol vurulmayıb. Kubokun taleyi əlavə vaxtda həll olunub. 113-cü dəqiqədə Mario Götze fərqlənərək Almaniyaya dünya çempionluğunu qazandırıb.
Argentina millisinin kapitanı Lionel Messi həmin görüşdə 120 dəqiqə meydanda olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Maraqlıdır ki, Almaniya millisi həmin uğurdan sonra növbəti iki dünya çempionatında qrup mərhələsini adlaya bilməyib. Bundestim hazırda davam edən mundialda isə 1/16 finalda Paraqvaya uduzaraq mübarizəni dayandırıb.
13 İyul 22:46
868
13 İyul 21:26
854
13 İyul 20:36
875