“Barselona”ya ciddi itki: DÇ-2026-dan qayıdan Yonq 4 ay yaşıl meydanlardan kənarda qala bilər İdman

“Barselona”ya ciddi itki: DÇ-2026-dan qayıdan Yonq 4 ay yaşıl meydanlardan kənarda qala bilər

“Barselona”nın və Niderland millisinin futbolçusu Frenki de Yonq dörd aya qədər yaşıl meydanlardan uzaq düşə bilər.

"Marca" xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin DÇ-2026-da aldığı zədədir.

İlkin proqnoz təsdiqlənərsə, de Yonqun bərpası dörd aya qədər çəkəcək. Bu halda o, yalnız noyabrda meydana qayıda biləcək və mövsümün başlanğıc hissəsini buraxacaq.

Artıq Kataloniya klubunun düşərgəsinə qayıdan Yonqun dəqiq diaqnozu hələ müəyyənləşməyib. O, yaxın günlərdə əlavə tibbi müayinələrdən keçəcək.

29 yaşlı yarımmüdafiəçi ötən mövsüm bud əzələsindən aldığı zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan kənarda qalmışdı. Bundan əvvəl isə iki dəfə topuq nahiyəsindən zədələnərək ümumilikdə altı ay və 31 oyunu buraxmışdı.

Qeyd edək ki, Niderland millisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilər seriyasında (əsas vaxt 1:1, penaltilər 2:3) uduzaraq mübarizəni dayandırıb.