“Barselona” DÇ-2026-da çıxış edən müdafiəçi ilə maraqlanır İdman

“Barselona” DÇ-2026-da çıxış edən müdafiəçi ilə maraqlanır

İspaniya təmsilçisi “Barselona” yay transfer dövründə müdafiə xəttni gücləndirməyi düşünür.

Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya klubunun transfer siyahısında İspaniya təmsilçisi “Atletik Bilbao" klubunun futbolçusu Emerik Lyaport və Argentina millisinin və İngiltərənin “Tottenhem” komandasının üzvü Kristian Romero yer alır.

Lyaport DÇ-2026-da Pau Kubarsi ilə uğurlu çıxışı sayəsində “Barselona”nın diqqətini cəlb edib. Lakin onun “Atletik”də yüksək maaş alması transferin qarşısındakı əsas maneələrdən biri hesab olunur.

Romero isə klub tərəfindən uzunmüddətli perspektivdə müdafiə xəttinin lideri kimi qiymətləndirilir. Argentinalı müdafiəçinin transfer dəyəri 50 milyon avro təşkil edir.

Hazırda “Barselona” hər iki futbolçu ilə maraqlanır. Kataloniya təmsilçisinin bu transferlərdən birini reallaşdırması üçün əvvəlcə mövcud heyətdən bəzi oyunçuları satması tələb olunur.