20 İyul 22:14
938
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olduqdan sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşım edib.
39 yaşlı futbolçu məğlubiyyətin böyük üzüntü yaratdığını bildirib.
“Kədərimiz çox böyükdür və bu yaranın sağalması vaxt aparacaq. Lakin bütün yaxşı anları da xatırlayıram. Hər şeyimizi ortaya qoyaraq geridən qayıtdığımız, yaddaşlarda əbədi qalacaq oyunlar keçirdik. Bütün ölkənin dəstəyini hiss etdik. Bu komandanın zəhməti və əzmi sayəsində Argentina yenidən dünyanın ən yaxşı komandaları sırasına qayıtdı.
Bu gün etdiklərimizin dəyərini qiymətləndirmək çətindir. Ancaq bu komanda ardıcıl iki dünya çempionatının finalına yüksəldi.
Məni təbrik edən və dəstək mesajı göndərən hər kəsə ürəkdən təşəkkür edirəm. Bir daha ölkə olaraq birləşməyi, birlik hissini və argentinalı olmaqdan qürur duymağı bacardıq.
Həmçinin İspaniya millisini dünya çempionu olması münasibətilə təbrik edirəm”, – deyə Messi qeyd edib.
Qeyd edək ki, Lionel Messi futbol tarixinin ən titullu oyunçularından biridir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olmaqla yanaşı, 2014 və 2026-cı illər daxil olmaqla karyerasında 3 dəfə dünya çempionatının gümüş mükafatçısı olub.
09:13
581
20 İyul 16:13
1 155
20 İyul 13:22
1 204