16:04
518
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo" (Minsk) - "Neftçi" qarşılaşmasının hakim təyinatları açıqlanıb.
Görüşü Şimali İrlandiyadan olan referi Tim Marşall idarə edəcək.
Ona həmyerliləri Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şeyn MakQoniql yerinə yetirəcək.
Qeyd edək ki, "Dinamo" (Minsk) – "Neftçi" oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən "Beroe Siti" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə Belarus təmsilçisi 4:3 hesablı qələbə qazanıb. "Neftçi" növbəti mərhələyə yüksəlmək üçün cavab matçında ən azı iki top fərqi ilə qalib gəlməlidir.