21 Aprel 2021 09:26
7 490
Amerika Kuboku–2020 turniri tamaşaçısız keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bunu Kolumbiya prezidenti İvan Duke deyib.
O bildirib ki, koronavirus pandemiyası səbəbindən matçlar zamanı tribunalara azarkeşlər buraxılmayacaq: “Turnir tamaşaçısız keçiriləcək. Cənubi Amerika Futbol Konfederasiyasına bu barədə məktub yazmışıq”.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən bu ilə təxirə salınan Amerika Kuboku 13 iyun – 10 iyul tarixlərində Argentina və Kolumbiyada keçiriləcək.
5 İyun 15:33
1 155
5 İyun 11:30
1 232
5 İyun 10:22
1 225