Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb İdman

Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb

"Mançester Yunayted" in hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın "Atalanta" komandasına qarşı oyunda (3: 2) qol vurub. Bununla da futbolçu turnirin yeni rekorduna imza atıb.

Bu barədə Squawka xəbər verib.
Portuqaliyalı hücumçu 38 klubuna qol vuraraq Çempionlar Liqasının yeni rekordunu müəyyənləşdirib. Ondan əvvəl heç bir oyunçu bu qədər komandaya qol vura bilməyib.