“Qarabağ” “Top-100”də “Başakşəhər” və “Nitsa”nı keçib İdman

“Qarabağ” “Top-100”də “Başakşəhər” və “Nitsa”nı keçib

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 435 komandası yer alıb.
Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı klubumuz “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri “Top-100”də qərarlaşıb. 203 xala malik “Qarabağ” Avropada 85-cidir. Ağdam klubu 2 pillə irəliləyib. Təmsilçimiz “Başakşəhər” və “Nitsa”nı arxada qoyub.

30 xala malik “Neftçi” 8 pillə irəliləyib və Avropada 246-cıdır. 10 xal geri qalan “Qəbələ” beş addım geriləyib və 288-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya 2119 xalla “Real” başçılıq edir.