"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb İdman

"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb

İngiltərinin "Vulverhempton" klubunun hücumçusu Adama Traore "Barselona"ya keçəcək.

Bu barədə öz "Twitter" səhifəsində İtaliyalı jurnalist Fabritsio Romano yazıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu futbolçunu transfer etmək imkanı ilə mövsümün sonuna qədər icarə əsasında alacaq.

İspaniyalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb və 1 qol vurub.