28 Fevral 2022 12:20
3 808
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Oleksiy Reznikov "Twitter" hesabında məlumat verib.
“Böyük dostumuz, Türkiyənin müdafiə naziri Hulusi Akarla telefon danışığım baş tutdu. Biz Ukraynadakı və dünyadakı hazırkı vəziyyəti müzakirə etdik. Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərməyə hazır olduğunu bir daha bəyan etdi. Dəstəyiniz üçün çox sağ olun!”, - o bildirib.
12 Mart 21:35
903
12 Mart 20:53
952
12 Mart 20:48
1 043