Meksikada öldürülmüş 26 nəfərin qalıqları tapılıb Dünya

Meksikada öldürülmüş 26 nəfərin qalıqları tapılıb

Meksikada itkin düşənlərin axtarışında iştirak edən ictimai təşkilatların üzvləri ölkənin şimalındakı Sonora ştatında öldürülmüş 26 nəfərin meyitinin qalıqlarını tapıblar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Televisa” telekanalı region prokurorluğuna istinadən məlumat yayıb.

Meyitlərin qalıqları Syudad Obreqon şəhərində tərk edilmiş evlərin həyətlərində gizli basdırılıb. Hakimiyyət nümayəndələri öldürülənlərin şəxsiyyətlərini müəyyən etmək üçün zəruri olan laboratoriya müayinələrini aparmağa başlayıblar. İlkin məlumatlara görə, söhbət bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstələrin qurbanlarından gedir.

Qeyd edək ki, Syudad Obreqon 2021-ci ildə dünyanın 50 ən təhlükəli şəhəri siyahısında ikinci yeri tutub.