"Mercedes" 17 mindən çox avtomobili geri çağırır Dünya

"Mercedes" 17 mindən çox avtomobili geri çağırır

Almaniyanın "Mercedes-Benz" şirkəti Avstraliya bazarında 17 mindən çox avtomobili geri çağırır.

Bu barədə şirkətin Avstraliya şöbəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, qərar əyləc sistemində mümkün nasazlıqlarla əlaqədar qəbul edilib. Şirkət rəhbərliyi avtomobil sahiblərini xidmət mərkəzlərinə müraciət etməyə çağırıb.

Geri çağırılma 2005-2013-cü illərdə istehsal olunmuş "ML-Class", "GL-Class" və "R-Class" modellərinə şamil olunur.