Bayden Yaponiyanın BMT TŞ-nin daimi üzvü olmasını dəstəkləyir Dünya

Bayden Yaponiyanın BMT TŞ-nin daimi üzvü olmasını dəstəkləyir

ABŞ Prezidenti Co Bayden Yaponiyanın “islahatlar aparılmış” BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasını dəstəklədiyini bildirib.

Tokioda səfərdə olan Co Bayden bu barədə Yaponiyanın ictimai telekanalı olan “NHK”ya açıqlamasında deyib.
Yaponiya Baş naziri Fumio Kişida isə Co Baydenlə birgə mətbuat konfransındakı açılış nitqində qeyd edib ki, ABŞ Yaponiyanın BMT Təhlükəsizlik Şurasına daimi üzv qəbul edilməsini dəstəkləyəcək. Kişida beynəlxalq ictimaiyyət üçün sülh və sabitliyə görə məsuliyyət daşıyan Təhlükəsizlik Şurası da daxil olmaqla, BMT-də islahatlar aparılmasının və onun gücləndirilməsinin vacibliyini vurğulayıb.