İraqda dörd türkiyəli hərbçi həlak olub Dünya

İraqda dörd türkiyəli hərbçi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyatı bölgəsində dörd türk hərbçi həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Bundan başqa, daha 3 hərbçinin yaralandığı deyilir.
Türkiyə ordusu bölgədə antiterror əməliyyatlarını davam etdirir.