İraqda daha bir türk hərbçi həlak olub Dünya

İraqda daha bir türk hərbçi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatında bir hərbçi həlak olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, əməliyyat bölgəsində terrorçuların açdığı atəş nəticəsində üç hərbçi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə ordusu iki gün ərzində 40 terrorçunu məhv etdiyini açıqlamışdı.