Türkiyə və İsrail aviasiya sahəsində əməkdaşlıq barədə saziş imzalayıb Dünya

Türkiyə və İsrail aviasiya sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

İyulun 7-də Türkiyə və İsrail arasında aviasiya sahəsində əlaqələrin genişləndirilməsi barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Yair Lapid deyib.

"İki həftə əvvəl mən Ankarada oldum və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüm. Bu görüşün yekunları sayəsində bu gün İsraillə Türkiyə arasında aviadaşımalar barədə yeni saziş imzalandı. Sənədin İsrail avişirkətlərinə Türkiyəyə uçuşları bərpa etməyə imkan verəcəyi gözlənilir. Bu, iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə olacaq", - deyə Y.Lapid bildirib.
Qeyd edək ki, bu, Türkiyə ilə İsrail arasında 1951-ci ildən bu yana aviasiya sahəsində imzalanan ilk saziş olub.