Liz Trass: "Boris Conson doğru qərar verib" Dünya

Liz Trass: "Boris Conson doğru qərar verib"

Baş nazir istefa etməklə doğru qərar verib.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
“Baş nazir düzgün qərar verdi. Borisin rəhbərliyi altında hökumətin bir çox nailiyyətləri var – “Brexit”, peyvəndlər və Ukraynaya dəstək. İndi bizə sakitlik, birlik lazımdır və yeni lider müəyyən olunana qədər hökuməti idarə etməyə davam etməliyik”, - xarici işlər naziri bildirib.

Qeyd edək ki, Liz Trass Baş nazir postu üçün potensial namizədlərdən biri kimi qəbul edilir.