7 Mart 17:52
İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
20 İyul 2022 08:21
3 815
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya əlavə "HIMARS" raket artilleriya sistemləri və onlar üçün sursat verməyə hazırlaşır.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
O, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini vurğulayıb:
"Bu həftənin sonunda administrasiya Ukrayna üçün növbəti silah və texnika paketini elan edəcək. Bu, prezident vəzifəyə başlayandan bəri Ukraynaya dəstək üçün on altıncı belə yardım olacaq. Paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha yüksək mobil müasir HIMARS raket sistemləri daxil olacaq", - deyə C.Kirbi vurğulayıb.
O, həmçinin bildirib ki, yeni yardım paketi Ukraynaya reaktiv buraxılış raket sistemləri üçün mərmi və sursatların verilməsini nəzərdə tutacaq.
7 Mart 19:30
1 071
7 Mart 19:29
1 218
7 Mart 19:28
1 204