Şərqi Timor sahillərində güclü zəlzələ olub Dünya

Şərqi Timor sahillərində güclü zəlzələ olub

Şərqi Timor sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend Avstraliyanın Dövlət Geologiya Bürosuna istinadən xəbər verir ki, yeraltı təkanların episentri Dili şəhərindən 150 kilometr şimalda, ocağı isə 480 kilometr dərinlik yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.