Cənubi Koreya 2022-ci ildə 17 milyard dollardan çox silah ixrac edib Dünya

Cənubi Koreya 2022-ci ildə 17 milyard dollardan çox silah ixrac edib

Cənubi Koreyanın silah ixracı keçən il 140% artaraq rekord həddə - 17,33 milyard dollara çatıb.

Bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata əsasən, Ukraynada münaqişə başlayandan Cənubi Koreya hakimiyyəti sistemli şəkildə Kiyev hakimiyyətinə silah verməkdən imtina edir, bunun əvəzinə Seul diqqətini “dünyanın silah boşluğunu doldurmağa” cəmləyib.

Cənubi Koreya istehsalçıları ilə Varşava üçün tanklar, haubitsalar, döyüş təyyarələri və reaktiv yaylım atəşi sistemlərindən ibarət 12,4 milyard dollarlıq müqavilə ilə Polşa keçən il Cənubi Koreya silahlarının ən böyük müştərisi olub.

Qeyd edilir ki, Cənubi Koreya silahları bir çox Şərqi Avropa ölkələrinin diqqətini çəkib.