ABŞ humanitar yardım karvanına hücumdan “hiddətlənib“ Dünya

ABŞ humanitar yardım karvanına hücumdan “hiddətlənib“

Rusiya və Əsəd ordusunun qırıcıları BMT-nin humanitar yardım aparan maşınlarını bombalayıb

Hərbi müşahidəçilərin dediyinə görə, 12 nəfərin ölümü ilə nəticələnən Suriyanın Hələb şəhəri yaxınlığında humanitar yardım karvanına edilən hucum ABŞ hökumətini "hiddətləndirib". BMT təsdiqləyib ki, karvan Urm al-Kubra şəhəri yaxınlığında vurulub və əlavə detallar verilməyib. Lakin fəallar deyir ki, hücum hərbçilər ABŞ-Rusiya barışığının bitdiyini elan etməsindən bir neçə saat sonra baş verib. Vaşinqton deyib ki, onlar Moskva ilə "əməkdaşlığın gələcək perpektivlərini yenidən qiymətləndirəcəklər".
"Bu karvanın getdiyi ünvan Suriya rejiminə və Rusiya Federasiyasına bəlli idi", Dövlət Departamentinin sözçüsü John Kirby deyib. "Və indi bu işçilər Suriya xalqına kömək etmək istədiyi vaxt öldürülüb",- o əlavə edib. Human Rightsın Suriyalı müşahidəçiləri deyib ki, hucüm ya Suriya ya da Rusiya hərbi təyyarələri tərəfindən həyata keçirilib. Dəməşq bunu hələ ki, təsdiqləməyib.
BMT-nin yardımlar üzrə rəhbəri Stephen O`Brien deyib ki, "rəhmsiz hücumun" qəsdən törədildiyi aşkar olunarsa bu cinayət tərkibli olacaq. BMT sözçüsünün sözlərinə görə, yardım karvanında olan 31 maşından azı 18-i vurulub. Karvan 78 min insana yardım aparmağa çalışırdı. Şahidlər telefon vasitəsilə Reuters xəbər agentliyinə deyiblər ki, 5 qırıcı təyyarə Suriya Qırmızı Xaça məxsus olan ərazidə dayanan yük maşınlarına hücum edib. Suriya əsgərləri və üsyançılar zorakılığa görə artıq bir-birini ittiham edib. Suriya məsələsi ilə bağlı danışıqları ABŞ və Rusiya çərşənbə axşamı Nyu Yorkda davam etdirəcək.
Xatırladaq ki, dünən Rusiya və Əsəd ordusunun qırıcıları BMT-nin humanitar yardım aparan maşınlarını bombalayıb. Bu haqda Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi məlumat yayıb. Məlumata görə, Hələbə göndərilmək üçün gözləyən BMT yardım maşınlarının şəhərin qərb hissəsində Suriya və ya Rusiyaya aid hərbi hava qüvvələrinin təyyarələri tərəfindən vurulub. Röyters (Reuters) agentliyinin xəbərinə görə, BMT-nin mətbuat katibi hadisəni təsdiq edib.
Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin verdiyi məlumatda ilk öncə vurulan mərkəzin BMT-yə və ya Qızıl Aypara Cəmiyyətinə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər. Bəzi dəqiqləşdirmələrdən sonra, vurulan ərazinin BMT-nin Yardım Mərkəzi olduğu təsdiqini tapıb. Aviazərbələr nəticəsində mərkəzin rəhbəri də daxil olmaqla 40 nəfər humanitar yardım işçisi həyatını itirib.
Röytersə açıqlama verən hadisənin şahidlərinə görə humanitar yardım maşınları Urim Kubra bölgəsində Qızıl Aypara Cəmiyyətinə məxsus mərkəzdə park edilmiş vəziyyətdəykən vurulub.
Bu arada Suriyada son iki gün ərzində döyüşlər yenidən şiddətlənib. SİTA agentliyi xəbər verir ki, Rusiyanın Hava-kosmik gücləri tərəfindən dəstəklənən Suriya qoşunları Hələb şəhərinin cənubi-qərbində "Ən-Nüsra" Cəbhəsi qruplaşmasının hücumunu dəf edib. Əsas döyüşlər hərbi məktəblər və "Kvartal 1070" adlanan ərazidə baş verib. Məlumata görə, Suriya ordusu əks-hücumun gedişatında dörd tank, üç piyada döyüş maşını, böyuk kalibrli pulemyotlarla doqquz avtomobili, həmçinin 100 döyüşçünü məhv edib.
"Ən-Nüsra" Cəbhəsi qruplaşması Hələb ətrafında Suriya hökumət qoşunlarının mövqelərinə 19 sentyabrda genişmiqyaslı hücuma başlayıb. Tank hücumundan əvvəl rejim gücləri artilleriya və reaktiv atəş sistemlərindən atəşə məruz qalıb.
Məlum olub ki, BMT və Qızıl Aypara Cəmiyyətinin birgə humanitar yardım karvanı atəşə tutulub. Ən azı 12 nəfərin həlak olduğu, 31 avtomobildən 18-nin zədələndiyi bildirilir. ABŞ bildirib ki, Rusiya ilə əməkdaşlıq prinsiplərini yenidən gözdən keçirmək niyyətindədir. Vaşinqtonda hesab edirlər ki, atəşkəsin pozulmasına görə Moskva məsuliyyət daşıyır.
Daha əvvəl isə Suriya ordu komandanlığı ölkədəki üsyançı qrupların ABŞ-Rusiya danışıqları nəticəsində əldə olunmuş atəşkəs razılığına məhəl qoymadığını bildirərək sazişin sona çatdığını açıqlayıb. Suriyada atəşkəs rejimi haqqında razılaşma 9 sentyabrda Cenevrədə Rusiya və ABŞ-ın diplomatik idarələrinin başçıları Sergey Lavrov və Con Kerri arasında əldə edilib.