Fransa XİN Makronun sözlərini təkzib edib Dünya

Fransa XİN Makronun sözlərini təkzib edib

Fransa Ukraynaya öz hərbçilərini göndərmək niyyətində deyil.

Trend xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne "France Inter" radiostansiyasının efirində deyib.

"Fransızlar Ukrayna uğrunda ölməyəcək. Biz döyüş əməliyyatları aparmaq üçün oraya öz hərbçilərimizi göndərməyəcəyik", - Sejurne deyib.

Qeyd edək ki, bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron da Aİ ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etməyib.

Bundan başqa, Makron Ukraynaya silah tədarükü üzrə yeni koalisiyanın yaradılacağını elan edib.