“Separatçı deputatların toxunulmazlığı təcili olaraq aradan qaldırılmalıdır”-MHP lideri Dünya

“Separatçı deputatların toxunulmazlığı təcili olaraq aradan qaldırılmalıdır”-MHP lideri

“Ölkəmizin bir hissəsində İstiqlal Marşının oxunmasına qarşı çıxan göstərən, Türkiyə bayrağını asmaqdan, şəhidlərimizin xatirəsini ehtiramla yad etməkdən boyun qaçıran, müqəddəs Atatürkə və Prezidentimizə qarşı kobud, təhqiredici ifadələr işlədən separatçı əclaflar bu milltin övladı və Türkiyə Respublikasının mənsubu ola bilməzlər”. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə bayrağına və İstiqlal Marşına hörmətsizlik edən, Atatürk və prezident Ərdoğanı təhqir edən DEM partiya üzvləri ilə balı açıqlma verərkən belə deyib: “Türk bayrağını qəbul edə bilməyən şərəfsizləri dərhal Türkiyə Cümhuriyyəti vətəndaşlığından çıxarmaq, mallarını müsadirə etmək, DEM Partiyasının bağlanması ilə bağlı iddia qaldırmaq tarixə, vətənə, millətə namus borcudur. Separatçı deputatların toxunulmazlığı təcili olaraq aradan qaldırılmalıdır”.