“Onların çirkin yanaşması qəbuledilməzdir”-Ömər Çelik Dünya

“Onların çirkin yanaşması qəbuledilməzdir”-Ömər Çelik

AK Partiya sözçüsü Ömər Çelik Mustafa Kamal Atatürkü və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən DEM partiya üzvü ilə bağlı açıqlama verib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çelik bildirib: “Bəzi DEM Partiyası rəhbərlərinin Qazi Mustafa Kamal Atatürkə, prezidentimiz Rəcəb Tayyib Ərdoğana, şanlı bayrağımıza, İstiqlal Marşımıza qarşı çirkin yanaşmaları qəbuledilməzdir”.
Xatırladaq ki, Mustafa Kamal Atatürkü və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən DEM partiya üzvü Diyarbakır Sur Bələdiyyəsinin ofisində həbs edilib.