Belqorod atəşə tutulub Dünya

Belqorod atəşə tutulub

Hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində bir neçə hədəfi vurub.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz Telegram kanalında məlumat verib.

“Bizim hava hücumundan müdafiə sistemimiz işə salınıb, ilkin məlumata görə, şəhərə yaxınlaşarkən bir neçə hava hədəfi vurulub”, - o yazıb.

Qladkov əlavə edib ki, Razumnoye kəndində fərdi yaşayış evinin şüşələri, bir avtomobilin də qabaq şüşəsi sındırılıb.

Cavid