Ukrayna Rusiyanın bir hissəsidir - Tramp Dünya

Ukrayna Rusiyanın bir hissəsidir - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində Ukraynanı Rusiyanın bir hissəsi adlandırıb.

Bu barədə bazar ertəsi "Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Onlar deyirlər ki, Tramp illərdir Ukraynanı korrupsioner ölkə kimi tənqid edib. Eks-prezident də tez-tez Vaşinqtonun Kiyevi dəstəkləməsindən şikayətlənirdi.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, amerikalı qanunvericilər, xüsusən də ABŞ Konqresinin respublikaçı senatorları Trampla görüşlər zamanı sonuncunu Kiyev hakimiyyətinin Rusiya üzərində qələbə qazanacağı təqdirdə onlara verilən bütün kreditləri qaytara biləcəklərinə inandırıblar.

Cavid