Türkiyədə ağır yol qəzası olub Dünya

Türkiyədə ağır yol qəzası olub

Türkiyənin Samsun şəhərinin Havza rayonunda iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza rayonun Vezirkörpü qovşağında qeydə alınıb.

Bildirilib ki, avtomobil qəzasında ümumilikdə səkkiz nəfər yaralanıb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.