"Moskva noyabrdan əvvəl qalib gələ bilər" Dünya

"Moskva noyabrdan əvvəl qalib gələ bilər"

Rusiya Ukrayna münaqişəsində çoxlarının təxmin etdiyindən tez qalib gələ bilər.

Bunu Atlantik Şuranın Scowcroft Strategiya və Təhlükəsizlik Mərkəzinin mütəxəssisi Endryu Mixt (Rusiya Federasiyasında fəaliyyət arzuolunmaz hesab olunur) Politico-ya bildirib.

Onun fikrincə, Moskva noyabrdan əvvəl qalib gələ bilər.

Vəziyyətin pisləşməsi ilə Rusiyanın Ukraynada qələbəsi çoxlarının proqnozlaşdırdığından tez, bəlkə də ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti bitməmişdən əvvəl gələ bilər. Moskva dəfələrlə danışıqlara hazır olduğunu bəyan edib, lakin Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva bunu etməyə hazırdır, lakin NATO Kiyevin daim dialoqdan imtina etməsinə məhəl qoymur. Kreml bəyan edib ki, Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, indi bu, yalnız hərbi yolla mümkündür.

Cavid