Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb Dünya

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində yardım ayırıb.

Bu barədə Trend Avropa Komissiyasının mətbuat xidmətinə istinadla xəbər verir.

“Bu gün öhdəmizə götürdüyümüz əlavə 1,5 milyard avro Ukraynanın işğalçıya qarşı mübarizə apararkən hökumət hakimiyyətini və əhali üçün əsas xidmətləri saxlamağa davam etməsini təmin edəcək”, - Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib.