Keniyada daşqınlar nəticəsində 90-dan çox insan həlak olub Dünya

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan həlak olub

Keniyada daşqınlar səbəbindən 90-dan çox insan həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Məlumata əsasən, Kenya polisinin əməkdaşı bildirib ki, bu say arta bilər. Sel suları çəkildikcə yeni insan cəsədləri üzə çıxır.

Bir neçə əyalətdə yağan leysan evləri, məktəbləri və müəssisələri su altında qoyub.

Meteoroloqlar yağıntıların ölkənin bir sıra bölgələrində davam edəcəyini, yaxın günlərdə 40-dan çox əyalətdə güclü yağış yağacağını proqnozlaşdırıblar.