Hindistanda avtobusla yük maşını toqquşub, 7 nəfər ölüb Dünya

Hindistanda avtobusla yük maşını toqquşub, 7 nəfər ölüb

Hindistanın şimalındakı Uttar Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis məlimat yayıb.

Qəza Uttar Pradeş ştatının Unnao bölgəsində baş verib. Yaralılar yerli xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.