İsrail və "HƏMAS" nümayəndə heyətləri Qahirəyə səfər edəcəklər Dünya

İsrail və "HƏMAS" nümayəndə heyətləri Qahirəyə səfər edəcəklər

Misir Qəzza zolağında atəşkəs razılaşması və "HƏMAS" tərəfindən saxlanılan girovların qaytarılması istiqamətində davam edən səylər çərçivəsində bazar ertəsi İsrail nümayəndə heyətini Qahirəyə səfərə dəvət edib.

Trend-in məlumatına görə, bu barədə "Times of Israel" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Qahirədə Həmas nümayəndə heyətinin də olacağı gözlənilir. "Planlaşdırılır ki, dəvət edilən İsrail nümayəndə heyətinə HƏMAS-ın irəli sürdüyü sorğulara cavab vermək səlahiyyəti veriləcək, lakin qərar qəbul etmək və ya rəsmi mövqe bildirmək səlahiyyəti olmayacaq”, - deyə bildirilib.